Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar haqqında məlumat verilir:
(mln. AZN)
|
Sığortaçılar | Sığorta haqları |
1 | Azalsığorta | 9,05 |
2 | Azərsığorta | 5,80 |
3 | A-Group | 3,55 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 3,04 |
5 | Standard İnsurance | 3,01 |
6 | AzSığorta | 2,92 |
7 | Atəşgah | 2,86 |
8 | Xalq Sığorta | 2,85 |
9 | MBASK | 2,07 |
10 | Paşa Sığorta | 1,54 |
11 | Azərbaycan Sənaye Sığorta | 0,93 |
12 | AIG Caspian İnsurance | 0,77 |
13 | AtaSığorta | 0,67 |
14 | Başak-İnam | 0,67 |
15 | Bakı Sığorta | 0,60 |
16 | Star Alliance | 0,44 |
17 | Alfa Sığorta | 0,39 |
18 | Qarant Sığorta | 0,32 |
19 | Thames İnsurance Group | 0,31 |
20 | BE&G | 0,25 |
21 | Günay Anadolu | 0,24 |
22 | Era Trans | 0,17 |
23 | Azərqarant | 0,14 |
24 | Fidan Sığorta | 0,13 |
25 | Əmrah Sığorta | 0,05 |
26 | Atəşgah Həyat Sığorta | 0,05 |
27 | Nişan Sığorta | 0,04 |
28 | Qala Sığorta | 0,03 |
| Ümumi | 42,89 |
Xatırladaq ki, cari ilin birinci rübündə sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 42,89 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,9% azdır. Maliyyə Nazirliyinin ilkin məlumatlar üzrə təqdim etdiyi hesabatda cari ilin ilk üç ayında şirkətlər tərəfindən həyata keçirilən məcmu sığorta ödənişləri 14,8% artaraq 10,32 mln. manata çatıb.
Sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Azalsığorta» şirkətinin payına düşüb. Belə ki, bu şirkətin cari ilin I rübündə topladığı sığorta haqlarının həcmi 9,05 mln. manat olub ki, bu da məcmu daxilolmaların 21,1%-ni təşkil edib.
Həmçinin, ilk üçlüyə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (5,80 mln. manat və ya 13,5%) və «A-Group» (3,55 mln. manat və ya 8,3%) şirkətləri daxil olub.
Qeyd edək ki, ən az daxilolma «Qala Sığorta»nın payına düşüb (0,007%).
Hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir