Bank Of Baku

«Royal Bank» Bakıda yeni mübadilə şöbəsi açıb

«Royal Bank» Bakıda yeni mübadilə şöbəsi açıb
# 27 aprel 2009 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda daha bir mübadilə şöbəsi açıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni mübadilə şöbəsi paytaxtın 28 May küçəsi,29 ünvanında yerləşir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə baş ofis də daxil olmaqla 37 xidmət məntəqəsi fəaliyyət göstərir ki, bunların 29-u filial, 4-ü şöbə, 4-ü mübadilə şöbəsidir. Filiallardan 6-sı regionda (Gəncə, Tovuz, Qazax, Astara, Lerik, Biləsuvar və Sumqayıt) yerləşir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit portfeli 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR