Bank Of Baku

Azərbaycanda geniş mənada pul kütləsinin azalması müşahidə olunur

Azərbaycanda geniş mənada pul kütləsinin azalması müşahidə olunur
# 27 aprel 2009 10:19 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2) həcmi 2009-cu ilin aprel ayının 1-nə 4 741 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin hesablamalarına görə, M2 aqreqatı ilin əvvəlinə nisbətən 22% azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7,1% artıb. Eyni zamanda, mart ayında bu pul aqreqatının kəskin azalması qeydə alınıb – 523,8 mln. manat və ya 9,9%. Bu zaman nağd pul kütləsinin də 362,9 mln. manat və ya 9,9% azalması, onun M2 aqreqatının tərkibindəki payı isə demək olar ki dəyişməz qalıb - 69,7% səviyyəsində.

Bununla yanaşı, ilin əvvəlindən xarici valyutalar nəzərə alınmaqla, geniş mənada pul kütləsinin (M3) azalması müşahidə olunur. Belə ki, M3 aqreqatı ötən ilin sonuna nisbətən 2 096,8 mln. manat və ya 24,7%, o cümlədən yalnız mart ayında 931 mln. manat və ya 12,7% azalıb. Maraqlıdır ki, son 10 ildə M3 göstəricisinin həcmində ilk dəfədir ki, mənfi dinamika müşahidə olunur. Maraqlıdır ki, son bir ildə manat və xarici valyutada olan nağd pul, tələb olunanadək, müddətli əmanət və depozitlərin həcmi cəmi 56,1 mln. manat (0,9%) artıb.

Mərkəzi Bankın aprelin 1-nə olan məlumatlarına əsasən, ölkə üzrə monetləşmə göstəricisi 27,2%, M2 üzrə dövretmə sürəti 3,7 vahid, M3 üzrə dövretmə sürəti isə 2,7 vahid təşkil edib. Aprelin əvvəlinə pul multiplikatoru 1,3-ə bərabər olub.

Qeyd edək ki, manatla pul bazası ilin əvvəlinə nisbətən 22,6% azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14% artıb və nəticədə, 3 702,1 mln. manata bərabər olub. AMB-nin hesablamaları göstərir ki, cari ilin ilk rübündə mövsümi təmizlənmiş pul bazası ötən ilin müvafiq dövrünə nisbətən 14,1% artıb, ilin əvvəlinə nisbətən 19,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR