Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin yanvar-mart aylarında ödənişləri üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin yanvar-mart aylarında ödənişləri üzrə renkinqi
# 27 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədəki sığorta təşkilatları tərəfindən 2009-cu ilin yanvar-mart aylarında həyata keçirilən ödənişlər üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə sığorta təşkilatlarının ödənişləri üzrə məlumat verilir:

(mln. AZN)

 

Sığortaçılar

Ödənişlər

1

Azərsığorta

2,86

2

MBASK

1,39

3

Atəşgah

0,99

4

AzSığorta

0,94

5

Beynəlxalq Sığorta Şirkəti

0,86

6

Standard İnsurance

0,60

7

A-Group

0,59

8

Paşa Sığorta

0,44

9

Xalq Sığorta

0,27

10

Star Alliance

0,25

11

Başak-İnam

0,19

12

Bakı Sığorta

0,14

13

BE&G

0,13

14

AtaSığorta

0,12

15

Azərbaycan Sənaye Sığorta

0,12

16

Fidan Sığorta

0,11

17

Era Trans Sığorta

0,10

18

Əmrah Sığorta

0,05

19

Alfa Sığorta

0,04

20

Azərqarant

0,04

21

AIG Caspian İnsurance

0,03

22

Thames İnsurance Group

0,03

23

Günay Anadolu

0,02

24

Qarant Sığorta

0,01

25

Qala Sığorta

0,00

26

Azalsığorta

0,00

27

Nişan Sığorta

0,00

28

Atəşgah Həyat Sığorta

0,00

 

Ümumi

10,32



Xatırladaq ki, 2009-cu ilin yanvar-mart aylarında ölkədəki sığortaçılar tərəfindən verilmiş sığorta ödənişlərinin məcmu həcmi 10,32 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 14,8% çoxdur. Maliyyə Nazirliyinin ilkin məlumatlar üzrə təqdim etdiyi hesabatda cari ilin ilk üç ayında şirkətlər tərəfindən ümumi sığorta daxilolmalarının həcmi 16,9% azalaraq 42,89 mln. manata düşüb.
Şirkətlər sırasında ödənişlərin həcminə görə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (2,86 mln. manat) tutur və bu şirkətin ümumi ödənişlərdə xüsusi çəkisi 27,7%-ə bərabərdir.
Ödənişlərə görə sonrakı yerləri isə MBASK (1,39 mln. manat və ya 13,5%) və «Atəşgah» (0,99 mln. manat və ya 9,59%) sığorta şirkətləri bölüşdürür.
Cədvəldən göründüyü kimi, bu müddət ərzində ən az sığorta ödənişi «Qarant Sığorta» şirkəti (0,01 mln. manat və 0,09%) həyata keçirib. Dörd şirkətin isə («Qala Sığorta», «Azalsığorta», «Nişan Sığorta» və «Atəşgah Həyat Sığorta») ümumiyyətlə risklər üzrə ödənişi olmayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR