Bank Of Baku

«Muğan Bank» yeni baş ofisə köçüb

«Muğan Bank» yeni baş ofisə köçüb
# 27 aprel 2009 11:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) baş ofisi yeni ünvana köçüb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərinin Ə.Rəcəbli,21B ünvanında yerləşən yeni ofis müasir standartlara uyğun tikilib, təhlükəsizliklə bağlı müəyyən edilmiş ən son tələblərə cavab verir.
Bina respublikada ilk dəfə olaraq VII kateqoriyadan olan SKS (strukturlaşdırılmış kabel sistemi) ilə təchiz edilməklə yanaşı, Məlumatların Emalı Mərkəzi (DPC) sistemi də istifadəyə verilib.
Bankdan bildirilib ki, paytaxtın 28 May küçəsi,4 ünvanında yerləşən keçmiş baş ofisin binasında lazımi tədbirlər görüldükdən sonra bankın yeni filialı fəaliyyətə başlayacaq.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 24 filialı və 4 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 66,40 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR