Bank Of Baku

Azərbaycanın ən iri bankı son bir ildə xalis mənfəətini 62% artırıb

Azərbaycanın ən iri bankı son bir ildə xalis mənfəətini 62% artırıb
# 27 aprel 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 3 308,797 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 14,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5,7% azalaraq 1 606,810 mln. manat, kredit portfeli 35,4% artaraq 2 279,951 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 46% artaraq 320,931 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 34% artaraq 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 93,8% artaraq 193,834 mln. manat təşkil edib. Qeyd edək ki, son bir il ərzində bankın xalis mənfəəti 62,4% artaraq 30,426 mln. manata çatıb.
Bundan başqa, bank son bir il ərzində əlavə 1 filial açıb, 14 bankomat və 267 POS-terminal quraşdırıb.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2 633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR