Bank Of Baku

«Bank of Baku» kredit kampaniyalarının şərtlərini yumşaldıb

«Bank of Baku» kredit kampaniyalarının şərtlərini yumşaldıb
# 27 aprel 2009 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) «Nağd Pul» və «Bahar Kampaniyası» adlı kredit kampaniyalarına şərtlərinə dəyişiklik edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Nağd Pul» kredit kampaniyası «Bank of Baku»nun partnyoru olan təhsil və tibb müəssisələrinin işçilərinə, həmçinin 2009-cu ildə, yaxud kampaniya müddətində kredit ödənişlərini bitirən, müsbət kredit tarixçəsinə malik müştərilərə 6 ay müddətinə 1000 ABŞ dollarınadək nağd pul krediti almağa imkan verirdi. İndi isə «Nağd Pul» kredit kampaniyasından istisnasız olaraq bütün təhsil və tibb müəssisələrinin əməkdaşları faydalana bilər. Əlavə olaraq, xüsusi meyarlar əsasında bankın məlumat bazasında olan müsbət kredit tarixçəsinə malik müştərilərə verilən kreditin məbləği ikiqat artaraq 2000 ABŞ dolları təşkil edir. Bu kateqoriya müştərilərə kredit almaq üçün zamin tələb olunmur. Ötən il, yaxud kampaniya başlamazdan əvvəl müddətdə kredit ödənişlərini bitirən müştərilər bankın müsbət tarixçəli müştərilər bazasında olub-olmadıqlarını Məlumat Mərkəzindən dəqiqləşdirə bilərlər.
«Bahar Kampaniyası»nın şərtlərinə edilən dəyişikliklərə gəlincə, kreditin maksimal müddəti ikiqat artırılaraq 12 ayadək uzadılıb. Kampaniyanın kredit xəttinin minimal məbləği isə 300 dollara çatdırılıb. Kreditin maksimal məbləği xüsusi meyarlarla müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilir və müştərinin aylıq məvacibinin ikiqat misli qədər ola bilər. Kredit xəttinin maksimal məbləği 3000 dollar həddində müəyyən edilib. Kreditin məbləği 1250 dollardan artıq olarsa zamin tələb olunur. Kampaniya cari ilin iyulun 21-dək davam edəcək.
Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR