Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10,864 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10,864 mlrd. dollara çatıb
# 27 aprel 2009 14:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov I rübün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 1 349,2 mln. manat, büdcə xərcləri isə 1 398,7 mln. manat təşkil edib.
Hesabat dövründə ARDNF-in neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 274,5 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 272,2 mln. manat, tranzit gəlirləri 2,1 mln. manat, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentləri 0,1 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilən aktivlər 0,1 mln. manat təşkil edib.
Birinci rüb ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 74,7 mln. manata bərabər olub.
Hesabat dövründə ARDNF-in 2009-cu il büdcəsinin icrası çərçivəsində 1 330 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 8,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 46,3 mln. manat və 11,3 mln. manat vəsait ayrılıb. Həmçinin, 0,4 mln. manat «Bakı-Tiflis-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə yönəldilib.
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə isə Fonddan 1,1 mln. manat vəsait ayrılıb.
Birinci rüb ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 1,2 mln. manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərcləri 215,8 mln. manat təşkil edib.
Ş.Mövsümovun sözlərinə görə, ARDNF-in cəmi investisiya portfeli 10 512,94 mln. ABŞ dolları təşkil edib. Bunun 54,57%-i ABŞ dolları, 40,15%-i avro, 5,28%-i ingilis funt-sterlinqi, 3,23%-i Azərbaycan manatı olub. İnvestisiya portfelinin aktivlərinin 38,72%-i suveren borc kağızları, 46,18%-i agentlik və beynəlxalq təşkilatların istiqrazları, 6,19%-i depozitlər və bazar alətləri, 6,03%-i maliyyə istiqrazları, 1,8%-i isə korporativ istiqrazlar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR