Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib
# 28 aprel 2009 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlik qarşısında özəl sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, qarşıdakı illərdə güzəştli kreditlərin həcminin artırılması, inflyasiyanın qarşısının alınması tədbirlərinin davam etdirilməsi, dünyadakı iqtisadi böhran şəraitində müəssisə və şirkətlərin dəstəklənməsi və s. kimi mühüm vəzifələrin qoyulduğunu bildirib, onların həyata keçirilməsinin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Müəyyənləşdirilmiş vəzifələrin sistemli və vaxtında icrasının təmin olunması üçün Tədbirlər Planının hazırlanması qərara alınıb.
Müşavirədə həmçinin, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın uğurlu icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin gedişi müzakirə edilib və bu tədbirlərin icrasının sürətləndirilməsi üçün konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR