Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının sədri ilin ən yaxşı antiböhran meneceri kimi «Platin açar»la təltif olunub

Azərbaycan Beynəlxalq Bankının sədri ilin ən yaxşı antiböhran meneceri kimi «Platin açar»la təltif olunub
# 28 aprel 2009 09:44 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev ilin ən yaxşı antiböhran meneceri qismində milli bank sisteminin inkişafında xidmətlərə görə «Platin açar» mükafatı ilə təltif olunub. Bu barədə «APA-Economics»ə ABB-nin Bakıdakı baş ofisindən məlumat verilib.

C.Hacıyevin təltif olunma mərasimi Vyanada (Avstriya) təşkil olunan MDB və Şərqi Avropa ölkələrinin üçüncü bank forumu çərçivəsində keçirilib. Qeyd edək ki, «Platin açar» mükafatı MDB və Şərqi Avropa ölkələri bank assosiasiyalarının rəhbərlərinin ikinci bank forumunun qərarı ilə təsis olunub. Həmçinin xatırladaq ki, Mərkəzi və Şərqi Avropa Bankları Assosiasiyasının (BACEE) birgə keçirilən bu tədbirində maliyyə bazarları və bank sistemlərinin inkişafında beynəlxalq əməkdaşlığın aktual problemləri, əməkdaşlıq imkanları, eləcə də böhran nəzərə alınmaqla MDB və Şərqi Avropa bazarlarının dünya maliyyə sisteminə daxil olmasının real inteqrasiya mexanizmləri müzakirə olunub. Forumda ABB rəhbərliyi ilə bərabər Azərbaycan Banklar Assosiasiyasının sədri Eldar İsmayılov də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR