Bank Of Baku

«Bank Standard»ın nizamnamə kapitalı son bir ildə 30% artıb

«Bank Standard»ın nizamnamə kapitalı son bir ildə 30% artıb
# 28 aprel 2009 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 539,286 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 18,4% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 40,4% azalaraq 153,501 mln. manat, kredit portfeli 9,8% azalaraq 383,904 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 56,7% azalaraq 84,790 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 3,4% artaraq 79,365 mln. manata, o cümlədən nizamnamə kapitalı 29,2% artaraq 64,6 mln. manata çatıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 12,7% azalaraq 21,765 mln. manat, xərcləri isə 0,2% azalaraq 16,637 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 38% azalaraq 5,128 mln. manat olub.
Bu müddət ərzində bank tərəfindən əlavə 2 filial açılıb, həmçinin 9 bankomat və 194 POS-terminal quraşdırılıb. Cari ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 31% artaraq 442 nəfər təşkil edib.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı, 49 bankomatı və 442 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR