Bank Of Baku

Azərbaycanda məzənnə sabitliyi davam edir

Azərbaycanda məzənnə sabitliyi davam edir
# 28 aprel 2009 10:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (aprelin 20-24-də) 31,992 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 34,4% azdır. «APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,13% artaraq 0,8031 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,01% artaraq 0,8035 manata bərabər olub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstəricilər) isə müvafiq olaraq 0,03% artıb və 0,05% azalıb və 0,8014 və 0,8065 manata bərabər olub:




Beləliklə, ötən həftə həm birja və nağd bazarda, həm də Mərkəzi Bankın məzənnələri üzrə sabitlik müşahidə olunub. Eyni zamanda, birja bazarında dövriyyələr nəzərə çarpan dərəcədə dəyişkənlik nümayiş etdirib ki, bu da ilk cədvəldən aydın görünür. Ötən həftə ərzində kiçik birja dövriyyələri dolların sabit məzənnəsi ilə birlikdə ABŞ dollarına hər hansı ajiotaj tələbat və ya təklifin olmadığını sübut edir ki, bu da öz növbəsində valyuta bazarının ümumi sabitliyi kimi iymətləndirilə bilər.
Həftə ərzində avronun məzənnəsinin bir qədər yüksəlməsi müşahidə olunub. Belə ki, həftə ərzində avro 1,12% bahalaşıb:




Lakin bununla belə, həftənin birinci yarısında avronun rəsmi məzənnəsi azalmaya meyllənib ki, bu da avro və dolların dünya bazarında məzənnə nisbətinin əksi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR