Bank Of Baku

Azərbaycan əhalisinin real alıcılıq qabiliyyəti artır

Azərbaycan əhalisinin real alıcılıq qabiliyyəti artır
# 28 aprel 2009 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ilin birinci rübündə 2,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 20,5% artaraq 858,3 mln. manata çatıb.
Eyni zamanda, 2008-ci ilin I rübü əvvəlki illə müqayisə olunduqda, pərakəndə ticarət dövriyyəsinin artımı 14,8%, 2007-ci ilin I rübündə isə artım göstəricisi 14,3% təşkil edib. Xidmətlər üzrə isə artım 2008-ci ilin I rübündə 29,5%, 2007-ci ilin I rübündə 37,6% təşkil edib.
Göründüyü kimi, əhalinin alıcılıq qabiliyyətini qiymətləndirən əsas göstəricilər - pərakəndə ticarət dövriyyəsi və göstərilən xidmətlər üzrə ilbəil artım tempinin azalması müşahidə olunur ki, bu da ilkin baxışdan alıcılıq qabiliyyətinin zəifləməsindən xəbər verir. Lakin nəzərə almaq lazımdır ki, bu, pul ifadəsində olan göstəricilərdir və bununla bağlı inflyasiyanın səviyyəsi də hesablamalarda əksini tapmalıdır. Qeyd edək ki, 2009-cu ilin I rübündə ötən ilin I rübü ilə müqayisədə inflyasiya 8,3%, 2008-ci ilin I rübündə 2007-ci ilin I rübü ilə müqayisədə 16,5%, 2007-ci ilin I rübündə 2006-cı ilin I rübü ilə müqayisədə isə 16,6% təşkil edib. Real vəziyyətin öyrənilməsi üçün müxtəlif illərin ilk rübündə qeydə alınmış artım tempindən müvafiq inflyasiya səviyyəsini çıxmaq kifayətdir. Nəticədə, mal və xidmətlərin illik bahalaşması nəzərə alınmadan, pərakəndə dövriyyə və xidmətlər üzrə real artım göstəricilərini əldə etmək mümkündür. Beləliklə, son üç ilin birinci rübləri üzrə aşağıdakı vəziyyət yaranır:

 

2009-cu ilin I rübü

2008-ci ilin I rübü

2007-ci ilin I rübü

Pərakəndə əmtəə dövriyyəsinin artımı

10%

14,8%

14,3%

Xidmətlərin artımı

20,5%

29,5%

37,6%

İnflyasiya

8,3%

16,5%

16,6%

Pərakəndə əmtəə dövriyyəsinin real artımı

1,7%

- 1,7%

- 2,3%

Xidmətlərin real artımı

12,2%

13%

21%



Cədvəldən göründüyü kimi, pərakəndə dövriyyə üzrə artım templəri pul ifadəsində azalsa da, mal ifadəsində artıb. Xidmətlər üzrə artım templərinin azalması isə real göstərilən xidmətlər üzrə (yəni, inflyasiya nəzərə alınmaqla) I rübdə 9% deyil, cəmi 0,8% təşkil edib. Həmçinin vurğulanmalıdır ki, inflyasiya şəraitində pərakəndə dövriyyənin və xidmətlərin artımı həmin inflyasiya tərəfindən «silinir». Kəmiyyət baxımından pərakəndə dövriyyə xidmətlərdən daha yüksək olduğuna görə, əsasən pərakəndə dövriyyənin real artım tempi əhalinin alıcılıq qabiliyyətinin artmasından xəbər verir. Göründüyü kimi, əgər 2007-ci ilin I rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal ifadəsində pərakəndə dövriyyə 2,3%, ötən ilin I rübündə isə 1,7% azalıbsa, 2009-cu ilin I rübündə 1,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR