Bank Of Baku

Azərbaycan Hesablama Palatası audit yoxlamalarını artıracaq

Azərbaycan Hesablama Palatası audit yoxlamalarını artıracaq
# 28 aprel 2009 12:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Hesablama Palatası Milli Məclisdə hesabat verib. «APA-Economics»in məlumatına görə, palatanın sədri Heydər Əsədov qeyd edib ki, hesabat ilində 23 audit yoxlaması və 20 analitik təhlil işi başa çatdırılıb. Auditlər zamanı müxtəlif xarakterli nöqsanlar aşkarlanıb. Bunların sırasında maliyyə pozuntularından cinayət tərkibli faktlara qədər nöqsan və qanun pozuntuları var.
«Yoxlamalar nəticəsində cinayət tərkibli iki iş Respublika Prokurorluğuna göndərilib. Nöqsanlara yol vermiş 87 nəfər barəsində inzibati tədbirlər görülüb, 12 nəfər isə işdən azad olunub», - deyə H.Əsədov vurğulayıb.
Palata sədrinin sözlərinə görə, hələ də bir çox qurumlarda lüzumsuz xərclərlə rastlaşılır. Palatanın 3 rayonda apardığı yoxlamalar zamanı 214 qrup ixtisara salınıb. Bir neçə rayonda arxiv idarələrinin keçmiş kolxoz və sovxoz dövründən qalan sənədlərin saxta yollarla verilməsi nəticəsində əsassız pensiya təyini müəyyənləşdirilib.
«Hesablama Palatası aşkarlanmış faktları Dövlət Sosial Müdafiə Fondu ilə müzakirə edərək pensiya sisteminin əməkhaqqına görə təyini ilə bağlı təkliflərlə çıxış edib. Yaxın vaxtlarda bu məsələ hökumətdə müzakirəyə çıxarılacaq», - deyə palata sədri əlavə edib.
Hesablama Palatasının apardığı auditlərin nəticəsi olaraq 569 min manat vəsaitin nağd, 1,018 mln. manat vəsaitin bank köçürmələri yolu, 434 min manat dəyərində verilməmiş avadanlıqlar nağd qaydada anbarlara mədaxil olunub. Ümumilikdə, 7 mln. manatdan artıq vəsaitin öz təyinatı üzrə düzgün istifadəsi təmin olunub. Ötən il aparılmış auditlər nəticəsində «Aqrolizinq» ASC-də yığım 10,2 dəfə artıb.
H.Əsədov növbəti ildə aparılacaq auditlərin sayının ötən ildəkindən 2 dəfə çox olacağını vurğulayıb.
Daha sonra hesabat deputatların müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra hesabat qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR