Bank Of Baku

SKMF «Azərbaycan Sənaye Bankı»na ilkin olaraq 1,9 mln. manat kredit ayırıb

SKMF «Azərbaycan Sənaye Bankı»na ilkin olaraq 1,9 mln. manat kredit ayırıb
# 28 aprel 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Müşahidə Şurasının qərarı ilə 2009-cu il üçün «Azərbaycan Sənaye Bankı»na (ASB) ilkin olaraq 1,9 mln. manat həcmində kredit xətti açılıb.
ASB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kredit xətti kiçik və orta sahibkarlıq subyektlərinə, kənd təsərrüfatına və digər investisiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
Bu məqsədlə ASB ötən həftə İqtisadi İnkişaf Nazirliyi və SKMF-in dəstəyi ilə Xaçmazda keçirilən kredit yarmarkasında müvəkkil kredit təşkilatı kimi iştirak edib, kiçik və orta sahibkarlıq subyektlərinə kreditlər ayırıb. Bankdan bildirib ki, yarmarkada ASB tərəfindən 8 iş adamına güzəştli şərtlərlə hər birinə 1000 manat olmaqla 8 min manat həcmində kreditlər verilib.
Qeyd edək ki, ASB bu günə kimi Azərbaycan bölgələrində kənd təsərrüfatının inkişafına 1,564 mln. manat, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına 4,677 mln. manat və digər iri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 4,2 mln. manat həcmində kreditlər ayırıb.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 7 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR