Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Gürcüstanın Gəlirlər Xidməti və Gömrük Nəzarəti Departamentinin başçılarını qəbul edib

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Gürcüstanın Gəlirlər Xidməti və Gömrük Nəzarəti Departamentinin başçılarını qəbul edib
# 28 aprel 2009 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda səfərdə olan Gürcüstan Gəlirlər Xidmətinin rəisi Qriqol Qobecişvili və Gömrük Nəzarəti Departamentinin rəhbəri Qiqa Xvinqiyanı qəbul edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən A.Əliyev sərhəd-gömrük buraxılış məntəqələrində aparılan yenidənqurma işləri barədə qonaqlara məlumat verib. Vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırıb. Görüşdə Azərbaycandan qonşu ölkəyə gedən malların gələcəkdə üçüncü ölkəyə ötürülməsi cəhdlərinin qarşısının alınması məsələsinin vacibliyinə toxunulub və bu cür halların baş verməməsi üçün tədbirlərin görülməsi tövsiyə olunub.
Gürcüstan Gəlirlər Xidmətinin rəisi Q.Qobecişvili də iki ölkə arasında əlaqələrin inkişaf dinamikasından məmnunluğunu ifadə edib. O, gömrük xidmətləri arasında əlaqələrin inkişafından razı qaldıqlarını və müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib. Görüşdə tərəfləri maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR