Bank Of Baku

«Bank of Baku»nun maliyyə göstəriciləri zəifləyir

«Bank of Baku»nun maliyyə göstəriciləri zəifləyir
# 29 aprel 2009 06:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 166,348 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 4% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,4% azalaraq 72,525 mln. manat, kredit portfeli 7,5% azalaraq 126,426 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 10,4% azalaraq 88,468 mln. manat olub.
Həmçinin, bu müddətdə bankın məcmu kapitalı 37,9% artaraq 29,626 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 7,4% artaraq 9,758 mln. manat, xərcləri isə 15,1% artaraq 6,986 mln. manata çatıb.
Nəticədə, son bir il ərzində bankın mənfəəti 8,1% azalaraq 2,772 mln. manat, xalis mənfəəti isə 17,2% artaraq 2,757 mln. manat təşkil edib.
Bu müddət ərzində bankın ümumi vergi ödənişlərinin həcmi 44,3 dəfə azalaraq 15 min manat olub. Həmçinin, bank tərəfindən əlavə 4 bankomat quraşdırılıb, 24 POS-terminal isə ləğv edilib.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevralında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın respublika üzrə 15 filialı, 25 bankomatı və 238 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR