Bank Of Baku

«Bank of Azerbaijan» Bakıda yeni filial açıb - FOTO

«Bank of Azerbaijan» Bakıda yeni filial açıb - <font color=red>FOTO</font>
# 29 aprel 2009 08:19 (UTC +04:00)
Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) Bakı şəhərində yeni filial açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın 23 saylı filialı Bakıda istifadəyə verilmiş yeni avtovağzal kompleksində açılıb.
Bu filial müştərilərə hesablaşma-kassa xidməti, valyuta mübadiləsi, təcili pul köçürmələri, əmanətlərin qəbulu və mikrokreditlərin verilməsi kimi bank xidmətləri göstərir.
Bundan başqa, avtovağzal ərazisində plastik kartlardan istifadə üçün iki bankomat və POS-terminallar quraşdırılıb.
Qeyd edək ki, filialın rəsmi açılış mərasimində bakın İdarə Heyətinin sədri Xəyal Şərifzadə və idarə heyətinin üzvləri iştirak ediblər.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,756 mln. manat, kredit portfeli 88,431 mln. manat, depozit portfeli 42,490 mln. manat, məcmu kapitalı 19,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR