Bank Of Baku

«Bank Standard» gələn həftə «Finala dəvət» kampaniyasının tirajını keçirəcək

«Bank Standard» gələn həftə «Finala dəvət» kampaniyasının tirajını keçirəcək
# 29 aprel 2009 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) may ayının 4-də «Finala dəvət» kampaniyasının tirajını keçirəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj saat 17:00-da bankın Azərbaycan prospekti,4 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Lotereyada hər birinin tərkibinə UEFA Çempionlar Liqasının final matçına bir bilet, təyyarə bileti (hər iki tərəfə) və oteldə yer daxil olmaqla, 4 uduş paketi oynanılacaq. Final matçına biletləri «UEFA Champions League 2009»un rəsmi sponsoru olan «MasterCard» təşkilatı təqdim edir.
Xatırladaq ki, kampaniyada «Bank Standard» tərəfindən buraxılan «MasterCard» və «Maestro» plastik kart sahibləri iştirak edirlər. Adı çəkilən kartlarla POS-terminal, bankomat və ya İnternet vasitəsilə azı 50 manat (dollar və ya avro) məbləğində həyata keçirilən hər tranzaksiya lotereyada iştirak hüququ verir. Kampaniya müddəti ərzində həyata keçirilən hər belə tranzaksiya kart sahibinə bir lotereya şansı verir. Qeyd edək ki, kampaniya aprelin 30-da saat 17:00-da başa çatacaq.
«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapitalı 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR