Bank Of Baku

IFC Azərbaycanda «İpoteka: Suallar və cavablar» broşurunun təqdimatını keçirib

IFC Azərbaycanda «İpoteka: Suallar və cavablar» broşurunun təqdimatını keçirib
# 29 aprel 2009 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan və Orta Asiya üzrə ilkin ipoteka bazarının inkişafı layihəsi çərçivəsində «İpoteka: Suallar və cavablar» broşurunun təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Bakı Rieltorlar Assosiasiyasının təsisçilərindən bir olan MBA konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov qeyd edib ki, Azərbaycanda bank sektoru sürətlə genişlənir və bu inkişaf artıq ölkənin regionlarında da müşahidə olunur. Belə ki, Azərbaycanın bölgələrində artıq 400-ə yaxın bank filialı fəaliyyət göstərir: «Lakin təəssüflər olsun ki, əhalinin ipoteka və digər maliyyə instrumentlərdən məlumatı yoxdur. Məhz bu səbəbdən yeni məlumat kitabçası nəşr olunub».
Tədbirdə çıxış edən layihənin meneceri Viktor Mind bir müddət öncə ipoteka bazarının dünyada sürətlə inkişaf olunmasından danışıb və bildirib ki, hazırda qlobal maliyyə böhranı bu inkişafın qarşısını alıb: «Nəşr olunmuş broşur əhalinin və bank mütəxəssislərinin nəinki ipoteka, o cümlədən ümumi maliyyə biliklərinin artırılmasına səbəb olacaq».
Qeyd edək ki, «İpoteka: Suallar və cavablar» broşurunda ipoteka sahəsinə aid olan bütün suallara konkret cavablar əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR