Bank Of Baku

«NBCBank» son bir ildə mənfəətini 2 dəfə artırıb

«NBCBank» son bir ildə mənfəətini 2 dəfə artırıb
# 29 aprel 2009 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 40,425 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 29% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12% genişlənərək 4,7 mln. manata, kredit portfeli 43,8% artaraq 34,437 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 43,3% artaraq 31,896 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 35% artaraq 15,561 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 13,589 mln. manat olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 2,6 dəfə artaraq 4,505 mln. manata, xərcləri isə 2,7 dəfə artaraq 3,581 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın mənfəəti 2,1 dəfə artaraq 0,924 mln. manat təşkil edib.
Bundan başqa, bank bu müddət ərzində əlavə 2 filial açıb, həmçinin 2 bankomat və 17 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» kimi fəaliyyətə başlayıb və 2002-ci ildə brendini dəyişib. Göstərilən tarixə bankın respublika üzrə 7 filialı, 8 mübadilə məntəqəsi, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir. Hazırda bankda 450 işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR