Bank Of Baku

«Əmrahbank» «Gulf Finance House»un investisiyalar üzrə rəsmi distributoru seçilib (R)

«Əmrahbank» «Gulf Finance House»un investisiyalar üzrə rəsmi distributoru seçilib  <font color=red>(R)</font>
# 29 aprel 2009 10:26 (UTC +04:00)
2009-cu ilin mart ayında «Əmrahbank» ASC ilə «Gulf Finance House B.S.C.» (GFH) arasında investisiya məhsullarının distributorluğu haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.

«Əmrahbank» Azərbaycan və Qazaxıstanda GFH-nin investisiya məhsullarının distributoru kimi çıxış edəcək və GFH-yə Azərbaycandan olan investorlara aparıcı investisiya layihələrinin təklif edilməsi işində köməklik göstərəcək. GFH ilə «Əmrahbank» arasındakı əməkdaşlıq Azərbaycanda investisiya layihələrinin öyrənilməsi və seçilməsini də əhatə edəcək. Azərbaycan ilə Yaxıq Şərq ölkələri arasında kommersiya münasibətlərinin genişləndirilməsi işində Bankın bu nailiyyəti mühüm bir addım kimi qəbul oluna bilər.

Baş idarələri Bəhreyn və Londonda yerləşən «Gulf Finance House» Yaxın Şərq regionunda ən müvəffəqiyyətli və müasir İslam investisiyaları ilə məşğul olan banklardan biridir. GFH imkanlar yaradan və iqtisadi artımı sürətləndirən təşəbbüslərin müəyyən edilməsi və inkişaf etdirilməsi sahəsi üzrə ixtisaslaşıb. Hazırda dəyəri 20 mlrd. ABŞ dollarından artıq olan yüksək dəyərli iqtisadi infrastruktur layihələrinin işlənib hazırlanması və gerçəkləşdirilməsinə diqqəti yetirən təsisatı qabaqda daha bir müvəffəqiyyətli il gözləyir. 1999-cu ildən etibarən başlıca təşəbbüslər sırasında Qatar, Liviya və Qazaxıstanda «Enerji şəhərciklərinin» yaradılması, Bəhreyn və Tunisdə Maliyyə Zonalarının təsis edilməsi və hazırda GFH-nin ən iri layihəsi olan, dəyəri 10 mlrd. ABŞ dollarına çatan Mumbay İqtisadi İnkişaf Zonasının yaradılmasını qeyd etmək olar. Bunlar ilə bərabər, GFH məhz energetika sektoru üzrə ixtisaslaşan və eyni zamanda İslam bankçılığı prinsipləri üzrə işləyən «First Energy Bank»ın yaradılmasını bəyan edib. GFH bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb və bunların sırasında «The Banker Middle East» tərəfindən təqdim edilən 2005, 2006 və 2007-ci ilin «Ən Yaxşı İnvestisiya Bankı» mükafatı, «Arabian Business Magazine» tərəfindən təqdim edilən «İlin Ən Yaxşı Bankı» və «Euromoney» tərəfindən təqdim olunan «Daşınmaz Əmlak Əqdlərini İslam Bankçılığı Prinsipləri üzrə Maliyyələşdirən Ən Yaxşı Maliyyə Təşkilatı» mükafatlarını qeyd etmək olar.

«Əmrahbank» Azərbaycanın ilk (1993-cü ildə təsis edilmişdir) və aparıcı kommersiya banklarından biridir. Bank korporativ müştərilərinə və fiziki şəxslərə geniş çeşidli bank məhsulları, o cümlədən, depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə məsləhətçilik və s. təklif edir.

«Əmrahbank» Azərbaycan bankları arasında mənfəət səviyyəsi nöqteyi nəzərindən aparıcı yerlərdən birini tutan (31 dekabr 2008-ci il tarixinə kapitalın gəlirlik səviyyəsi üzrə birinci üçlükdə) və Azərbaycanın müxtəlif regionlarında ən geniş filial şəbəkəsinə malik olan banklardan biridir (31 dekabr 2008-ci il tarixinə filialların sayı üzrə ilk səkkizlikdə).

Bank müxtəlif ixtisaslaşmış təşkilatların, o cümlədən, Depozitlərin Sığortalanması Fondu, İpoteka Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Banklar Assosiasiyası və s. təsisatların üzvüdür. Son zamanlar, Bəhreyndə yerləşən və Bankın nizamnamə kapitalının 49% səhmdarı olan «Beynəlxalq İnvestisiya Bankı» ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri «Əmrahbank» daxilində bir çox sahələrin, misal üçün korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi və keyfiyyəti və s. sahələrin inkişafında əsas rolu oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR