Bank Of Baku

Azərbaycan paytaxtında GUAM-ın Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə tədbir keçirilib

Azərbaycan paytaxtında GUAM-ın Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə tədbir keçirilib
# 29 aprel 2009 10:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsinin həyata keçirilməsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın gömrük və sərhəd xidmətlərinin rəsmi şəxsləri iştirak ediblər.
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev qeyd edib ki, görüşdə əsas məqsəd iştirakçı dövlətlər arasında ticarətin asanlaşdırılması, normal ticarət dəhlizlərinin yaradılması və gömrük proseduralarının normallaşdırılmasından ibarətdir.
«Tədbirdə həmçinin qaçaqmalçılıq, narkotik və silah tranziti ilə mübarizə, əqli mülkiyyətin qorunması, elektron bəyanetmə, məlumat mübadiləsi və texniki yardımlar müzakirə olunacaq», - deyə DGK rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün yekunlaşacaq görüşdə tərəflər həyata keçirilmiş işləri uzlaşdıracaqlar. Müzakirələrin yekununa dair protokol imzalanacaq.
Xatırladaq ki, tədbir iştirakçıları bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR