Bank Of Baku

«Texnika Leasing» son bir ildə aktivlərini 3 dəfə artırıb

«Texnika Leasing» son bir ildə aktivlərini 3 dəfə artırıb
# 29 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» şirkətinin lizinq portfeli 2009-cu ilin aprel ayının 1-nə 6,807 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 3,2 dəfə çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalı 2,5 dəfə artaraq 5,416 mln. manat, nizamnamə kapitalı isə sabit qalaraq 0,200 mln. manat olub.
Bu müddət ərzində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 85% artaraq 3,815 mln. manata, bağlanan müqavilələrin sayı isə 66,7% artaraq 50-yə çatıb.
Lizinq portfelinin strukturunda əsas yeri tikinti sektoruna aid olan xüsusi təyinatlı avadanlıqlar və minik avtomobilləri tutur.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək şirkət tərəfindən ölkə iqtisadiyyatına investisiya yatırılmayıb.
Xatırladaq ki, şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19%, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır.
«Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyət dairəsi yalnız Abşeron iqtisadi rayonunu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR