Bank Of Baku

Martda Azərbaycanda ayrılan yeni kreditlərin həcmi kəskin artıb

Martda Azərbaycanda ayrılan yeni kreditlərin həcmi kəskin artıb
# 29 aprel 2009 10:49 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2009-cu ilin mart ayında verilən yeni kreditlərin həcmi 1 120,8 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentindən məlumat verilib.

AMB-nin məlumatına görə, cari ilin yanvar-mart aylarında yeni borcalmaların məcmu həcmi 1 658,2 mln. manata çataraq ötən ilin ilk rübünə nisbətən 12,3% azalıb. Hesabat ayında cari ilin fevral ayı ilə müqayisədə yeni kreditlərin həcmi 16,7 dəfə artıb. Bunun əsas səbəblərindən biri təkcə mart ayı ərzində ödənilmiş kreditlərin məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 124,6 mln. manata çatmasıdır. Bir ay əvvəl bu göstərici banklar üzrə ümumilikdə 1 541,7 mln. manata bərabər olub.

Buna baxmayaraq, mart ayında kredit qoyuluşlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,8% artaraq 6 221,3 mln. manat təşkil edib. Lakin rübün son ayı ərzində kredit portfellərinin «zəifləməsi» 471,2 mln. manat və yaxud 7,04% təşkil edib, halbuki fevralda kreditləşmənin azalma dinamikası 508,8 mln. manat və yaxud 7,07% səviyyəsində olub. AMB-nin hesablamalarına əsasən, kredit qoyuluşlarının ÜDM-də xüsusi çəkisi (qeyri-neft sektoru üzrə) 40,3%-ə çatıb.

Maraqlıdır ki, kredit qoyuluşlarının genişlənməsinin başlıca mənbəyi banklarda məhz əmanət və depozitlərin artımı hesab olunur. Xatırladaq ki, əmanət və depozitlərin məbləği 2009-cu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü illə müqayisədə 13,6% azalaraq 3 286 mln. manat təşkil edib. AMB-nin dəqiqləşdirilmiş məlumatlarına görə, təkcə martda bankların depozit portfeli 634,6 mln. manat və ya 16,19% azalıb.

Qeyd edək ki, mart ayında cəmi kredit qoyuluşunun 97,1%-ni banklar tərəfindən verilən kreditlər, 2,9%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşlarında «Aqrarkredit»in payı 9,2% (cəmi kredit qoyuluşunda - 0,2%) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR