Bank Of Baku

Azərbaycanda bankomatların sayı ilin əvvəlindən 4%, POS-terminalların sayı isə 3,5% artıb

Azərbaycanda bankomatların sayı ilin əvvəlindən 4%, POS-terminalların sayı isə 3,5% artıb
# 29 aprel 2009 12:54 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2009-cu ilin yanvar-mart ayları ərzində 4,03% artaraq aprelin 1-nə 1 576 ədəd təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin hesablamalarına görə, bu ilin əvvəlindən Bakıda 21 yeni bankomat (artım 2,42%), bölgələrdə isə 40 bankomat (artım 6,17%) quraşdırılıb. Nəticədə, cari ayın əvvəlinə ölkə üzrə fəaliyyət göstərən ATM-lərin 43,65%-i məhz regionların payına düşür. Son bir ildə bölgələrdə bankomatların xüsusi çəkisi 5,33 faiz bəndi artıb.

Eyni zamanda, banklara məxsus POS-terminalların sayı ilin əvvəlindən 286 vahid və yaxud 3,52% artaraq aprelin 1-nə 8 410-ə çatıb. Yeni POS-terminalların 211-i (artım 2,85%) Bakıda, 75-i isə bölgələrdə (artım 10,32%) quraşdırılıb. Həmçinin qeyd edək ki, aprelin əvvəlinə olan AMB-nin statistik məlumatlarına əsasən, 7 547 və ya bütün POS-terminalların 89,7%-i ticarət, ictimai iaşə və xidmət obyektlərində quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR