Bank Of Baku

Azərbaycanda nağd dollar üzrə əməliyyatların həcmi I rübdə 2 dəfə artıb

Azərbaycanda nağd dollar üzrə əməliyyatların həcmi I rübdə 2 dəfə artıb
# 29 aprel 2009 13:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 2 550 560,2 min dollar həcmində ABŞ dolları üzrə nağd mübadilə əməliyyatları keçirilib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, ötən ilin I rübü ilə müqayisədə bu göstərici 2,1 dəfə artıb.
Nağd dollar üzrə əməliyyatların strukturunda 284 160,9 min dollar banklar tərəfindən alış, 2 266 399,3 min dollar isə satış əməliyyatlarının payına düşür. Göründüyü kimi, cari ilin I rübü ərzində əhali bank sistemi vasitəsi ilə nağd dolların alışı satışın həcmini 8 dəfə üstələyib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə əhali tərəfindən nağd dolların satışı 22,4% azalıb, lakin alış 2,7 dəfə artıb.
Bu, iki amillə izah oluna bilər və onların hər birinin eyni səviyyədə mövcudluğu ehtimalı var. Belə ki, ilk növbədə göstərilən rəqəm və nisbətlər Azərbaycanda əhali tərəfindən nağd dollara olan marağının, o cümlədən, həm yığım, həm pərakəndə idxalın ödənilməsi, həm də digər məqsədləri nəzərə alaraq, artmasını əks etdirir. Həmçinin, əhali tərəfindən satışın azalması da dollara marağın artmasını dolayı yolu ilə təsdiqləyir. Yəni, əhali onun sərəncamında olan nağd dolları satmaq niyyətində deyil.
Yaranan vəziyyəti izah edə biləcək digər amil isə vətəndaşların müxtəlif mənbələrdən birbaşa nağd dolların əldə edilməsi həcmlərinin azalmasıdır. Yəni, ölkənin daxilində dollarla ödənilən qazanc və alqı-satqı əməliyyatlarının miqdarı azalıb ki, nəticədə bu mənbələrdən əldə olunan nağd dollar kütləsi mübadilə əqdlərindən kənarlaşdırılıb. Öz növbəsində bunu ölkə daxilində nağd dollarla hesablaşmaların azalması kimi qiymətləndirsək, əhali tərəfindən nağd dolların alışında həmin hesablaşmaları həyata keçirmək məqsədi ilə əməliyyatların payını azaltdığını da etiraf etməliyik.
Cari ilin I rübü üzrə nağd dolların orta məzənnəsi 0,8076 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,037 manat və ya 4,4% aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR