Bank Of Baku

Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun büdcəsi 4 dəfə azaldılıb

Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun büdcəsi 4 dəfə azaldılıb
# 29 aprel 2009 14:01 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. İyunun 4-6-da Sankt-Peterburqda növbəti beynəlxalq iqtisadi forum keçiriləcək. APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nəbibullina və Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkoviç bu tədbirə həsr olunan mətbuat konfransı keçiriblər. Elvira Nəbibullinanın sözlərinə görə, forumun rəsmi açılış mərasimi iyunun 5-də keçiriləcək və tədbiri Rusiya prezidenti Dmitri Medvedyev açacaq. Foruma 2 min iştirakçı dəvət olunub, onlardan 600 nəfəri iştirakını təsdiqləyib. Bu il Sankt-Peterburq beynəlxalq iqtisadi forumu ümumdünya iqtisadi böhranı fonunda keçiriləcək. Elvira Nəbibullina forumun özünəməxsus yeni formatda keçiriləcəyini deyib. Forumun formatı Rusiya-Avropa İttifaqı, Rusiya-MDB, Rusiya-ABŞ və Rusiya-Ərəb dünyası çərçivəsində diskussiyaları şəklində olacaq. İqtisadi böhranla əlaqədar forumun büdcəsi 4 dəfə azaldılıb. Rusiya-Avropa İttifaqı biznes-dialoqu çərçivəsində bir çox məsələlər, o cümlədən “Cənub axını” layihəsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR