Bank Of Baku

«Kapital Bank» yeni prosessinq sisteminə qoşulacaq

«Kapital Bank» yeni prosessinq sisteminə qoşulacaq
# 29 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə yeni prosessinq sisteminə keçəcək.
Bakın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq alınmış server və şəbəkə avadanlıqları quraşdırılaraq «VISA» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin tələblərinə uyğun müvafiq işlər və yeni sistemə miqrasiya üçün tədbirlər görülüb.
Yeni prosessinq sisteminə keçidlə bağlı hazırlıq işlərinin başa çatmasını nəzərə alaraq, 2009-cu ilin may ayının 5-də «Azəricard» MMC-dən alınacaq məlumat əsasında «Kapital Bank»a məxsus plastik kartlar və ekvayrinq şəbəkəsi sözügedən sistemə miqrasiya ediləcək.
«Kapital Bank»a məxsus plastik kartların həcminin çox olması və ekvayrinq şəbəkəsinin geniş olması ilə əlaqədar olaraq, miqrasiya prosesi bir neçə saat çəkəcək və həmin müddət ərzində plastik kartlarla əməliyyatların aparılması mümkün olmayacaq.
Qeyd edək ki, hazırda bankın 2 milyona yaxın plastik kart müştərisi (pensiya, kənd təsərrüfatı istehsalçılarına yardımlar, məcburi köçkünlərə verilən yemək xərcləri, əmək haqqı və s) mövcuddur.
Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 88 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR