Bank Of Baku

«Zamin Bank» filial şəbəkəsini 25% genişləndirir

«Zamin Bank» filial şəbəkəsini 25% genişləndirir
# 29 aprel 2009 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonunadək ölkə ərazisində əlavə 7 filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Əbdül Qurbanovun «APA-Economics»ə verdiyi məlumata görə, Bakıda müştəriləri təmin edə biləcək qədər filial olduğu üçün, yeni filialların regionlarda (Tovuz, Astara, Göyçay, Ağcabədi, Yevlax, Quba və Qusar) açılması planlaşdırılır.
Ə.Qurbanovun sözlərinə görə, bütün bu planlar bankın 2009-2011-ci illər üçün hazırladığı strateji planında nəzərdə tutulub: «İlk olaraq Tovuz filialı açılacaq. Çünki artıq həmin rayonda filialın fəaliyyətə başlaması üçün lazımı şərait yaradılıb. Yalnız Azərbaycan Mərkəzi Bankı tərəfindən filiala lisenziyanın verilməsi məsələsi qalıb».
Qeyd edək ki, hazırda bankın respublika üzrə 28 filialı, 13 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 135,577 mln. manat, kredit portfeli 75,293 mln. manat, depozit portfeli 45,731 mln. manat, məcmu kapitalı 12,890 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR