ATİB: Azərbaycan hökuməti iflas təhlükəsi yarandığı halda bank sisteminə dövlət müdaxiləsi mexanizmi yaratmalıdır
Hesabatda həmçinin Azərbaycanın bank sektoru üzrə təhlil əksini tapıb. Belə ki, hesabat hazırlanan dövrdə (01.10.2008-ci il vəziyyətinə) Azərbaycanda 45 bank fəaliyyət göstərib: «Sektor qonşu Gürcüstan, Qazaxıstan və Rusiya bank sektorları ilə müqayisədə hələ də kiçik və zəifdir. Bu sahənin kiçik olması əhalinin bank sektoruna olan inamının hələ də aşağı olması, ticarət-iaşə müəssisələrinin vergi ödəmələrindən yayınmaq üçün nağd əməliyyatlara üstünlük verməsi, bank sektorunda kəskin rəqabət olsa da, hələ də Azərbaycan Beynəlxalq Bankının bazarın 50%-nə yaxın hissəsinə nəzarət etməsi, bankların məhsul və xidmətlərinin çeşidinin azlığı, əhalinin bank məhsul və xidmətləri üzrə məlumatsızlığı, bankların zəif kapitallaşması, banklarda korporativ idarəetmə sistemlərinin hələ tam tətbiq edilməməsi əsas səbəblərdəndir».
Sektorun inkişaf tempi 2008-ci ilin sentyabr ayından etibarən düşməyə başlayıb, hətta son məlumatlara əsasən, sektor üzrə aktivlərin həcmi də son 15 ildə ilk dəfə olaraq, noyabr ayından azalmağa başlayıb. Banklar tərəfindən istehlak kreditləri verilməsinin məhdudlaşdırılması səbəbindən daşınmaz əmlak, elektrik avadanlığı, avtomobil, mebel kimi maliyyə tutumlu malların satışında az da olsa azalma müşahidə olunmaqdadır. Bank sektorunda qısa likvidlik problemi olmasa da, xaricdən uzunmüddətli və aşağı faizli resursların, habelə depozitlərin cəlb edilməsinin məhdudlaşması, bəzi əmanətçilərin öz əmanətlərini vaxtından əvvəl geri götürməyə başlaması səbəbindən uzunmüddətli layihələrin maliyyələşdirilməsi hiss olunan dərəcədə azalıb. Bu da biznesin yeni texnologiya ilə təchiz olunması və dövriyyə vəsaitləri ilə təminatında problemlər yaratmağa başlayıb.
Banklar böhranın real sektora keçməsindən və kütləvi işsizlik ehtimalından ehtiyat edərək, hətta qısamüddətli istehlak kreditlərinin verilməsini belə ciddi şəkildə məhdudlaşdırmağa başlayıb ki, bu da istehlak bazarına mənfi təsir göstərməkdə davam edir. Bu isə öz növbəsində əmtəə dövriyyəsinə, sonda - ölkənin makroiqtisadi göstəricilərinə mənfi təsir göstərir.
Bundan başqa, hesabat hazırlanan vaxta bəzi banklar xərclərini azaltmaq məqsədi ilə əməkdaşlarının bonus və imtiyazlarını məhdudlaşdırmağa başlayıb ki, bu da işçi heyət arasında müəyyən narazılıqlar yaradıb.
Bundan əlavə olaraq, bank sektoru və ayrı-ayrı banklar haqqında KİV-lərdə müxtəlif həqiqətə uyğun gəlməyən məlumatlar verilməkdədir ki, bu da əhalidə banklara qarşı etimadsızlıq yaranmasına şərait yaradır.
Tövsiyələrə gəldikdə isə, hesabatda Azərbaycan hökuməti üçün iflas təhlükəsi yarandığı halda bankların sağlamlaşdırılması və ya alınması üçün dövlətin müdaxiləsi mexanizminin müəyyənləşdirilməsi üçün hüquqi bazanın yaradılması, kredit təşkilatlarından alınan kreditlər vaxtında geri qaytarılmadığı halda, bu kreditə görə qoyulmuş girov əmlakı üzrə kredit təşkilatlarının iddia ərizələrinə baxılması müddətinin azaldılması üçün qanunvericilik bazasını təkmilləşdirilməsi, böhranın təsirini azaltmaq və bank sektoruna inamı artırmaq üçün əhalinin banklarda olan əmanətlərinə dövlət zəmanəti verilməsi mexanizminin yaradılması, Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunda olan dövlət ehtiyatları, habelə digər daxili mənbələr, o cümlədən dövlət büdcəsinin ehtiyatlar maddəsi hesabına ölkədə fəaliyyət göstərən banklara uzunmüddətli maliyyə vəsaitlərinin ayrılması mexanizminin yaradılması və digər tövsiyələr əksini tapıb.
Banklar üçün isə xərclərin səmərəliliyi üzərində nəzarət sistemini sərtləşdirmək, kredit və risk proseduralarına yenidən baxmaq, kredit sifarişlərinin qiymətləndirilməsi və verilmiş kreditlərin monitorinqini sərtləşdirmək, amma bununla belə kreditləşməni dayandırmamaq, böhranın dərinləşəcəyi barədə beynəlxalq maliyyə institutlarının proqnozlarını nəzərə alaraq, aktivlərini hətta gəlirin aşağı düşməsi və ya az zərərlə başa gəlsə belə likvid aktivlərə çevirmək kimi tövsiyələr hesabatda yer alıb.
Maliyyə
Qızıl kreditini bu banka gətirənlərə endirim var
S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər
2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə daxil olub
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Xəbər Lenti
Qızıl kreditini bu banka gətirənlərə endirim var
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
Filippində güclü zəlzələdə ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB-1
Qaxda yol qəzasında ər-arvad xəsarət alıb
Panama Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
CNN: Hindistan vətəndaşlarının olduğu tanker Oman sahillərində hücuma məruz qalıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin iclasında iştirak edib
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib - FOTO - YENİLƏNİB
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
Özbəkistanda qazdoldurma məntəqəsində partlayış baş verib, 6 nəfər ölüb
Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək
Ceyhun Bayramov: Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə Cənubi Qafqazda sabitlik var
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatıb, müsahibəyə start verilib
Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri İstanbul Bəyannaməsini imzalayıb - FOTO
XİN rəhbəri Azovda yük gəmisinə hücumdan danışıb, Azərbaycan vətəndaşlarına çağırış edib
Gürcüstan XİN başçısı: Bakı-Tbilisi-Qars dəmir yolu daha çox iqtisadi tərəqqini dəstəkləyəcək
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib
XİN rəhbəri: Ermənistanla yekun sülh sazişinin imzalanması üçün həlli vacib məsələlər var
Saatlıda toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - VİDEO
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
Novxanıda narkobunker aşkarlanıb - VİDEO
“Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başladı
Boçorişvili: Tbilisi Bakı-İrəvan münasibətlərindəki müsbət dinamikanı aqışlayır
16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq niyə vacibdir? – ARAŞDIRMA
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Elnarə Akimova: Uşaqların rəqəmsal mühitdə qorunması dövlətin prioritet vəzifələrindən biridir
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTO
ADY mayda yük daşımalarını 20%-dən çox artırıb
Hakan Fidan: Türkiyə Ermənistanla dialoqu Azərbaycanla koordinasiyada davam etdirir
Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB
KİV: Netanyahu Trampla danışıqdan sonra İrana planlaşdırılan hücumları ləğv etməyi düşünür
Aİ Hörmüzün blokadasında iştirak etdiklərinə görə iki iranlıya və SEPAH-ın bölməsinə sanksiya tətbiq edib
Şirvanda 28 yaşlı usta hündürlükdən yıxılaraq ölüb
S&P: Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər
Pezeşkian: İran nə meydanı, nə də danışıqlar masasını tərk edib
Azərbaycan və Vyetnam prokurorluqları əməkdaşlıq proqramı imzalayıb
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə daxil olub
Tramp: İsrail və İran təcili atəşkəs istəyir, amma “axmaqlıq” sülhə mane ola bilər
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Azərbaycana gətirilmiş ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir - FOTO
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ermənistanda seçkilər: Azərbaycanın yaratdığı yeni reallığın nəticəsi - TƏHLİL