Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Estoniya Vergi və Gömrük Şurasının rəhbərliyi ilə görüşüb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Estoniya Vergi və Gömrük Şurasının rəhbərliyi ilə görüşüb
# 29 aprel 2009 15:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Enriko Aavı və müavini Dmitri Yeqorovu qəbul edib. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
A.Əliyev qonaqlara Azərbaycanın gömrük sistemində son illər həyata keçirilən tədbirlər barədə məlumat verib. Komitə sədri bildirib ki, Estoniya gömrük xidmətinin informasiya texnologiyaları sahəsində təcrübəsini öyrənən Azərbaycan tərəfi bunu praktikada uğurla tətbiq edib.
Görüşdə gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Estoniya nümayəndə heyəti DGK-nın Mərkəzi Hospitalında, Bakı Baş Gömrük İdarəsində, Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində, Kinoloji Mərkəzdə və digər strukturlarda olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR