Bank Of Baku

ATİB: Azərbaycanda icbari tibbi sığorta üzrə qanunvericilik sərtləşdirilməlidir

ATİB: Azərbaycanda icbari tibbi sığorta üzrə qanunvericilik sərtləşdirilməlidir
# 29 aprel 2009 16:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın sığorta bazarı əsas etibarı ilə kredit bazarı, xüsusən də ipoteka və avtokreditlərlə tam əlaqəli olduğu üçün, bu bazarda problemlər mövcuddur. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) hazırladığı hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, bununla yanaşı, sığorta bazarının sığorta mədəniyyətinin aşağı səviyyədə olması, əhalinin sığorta haqqında məlumatsızlığı, sığorta şirkətlərinin kapitallaşmasının aşağı səviyyədə olması, sığorta sahəsində ixtisaslı kadrların çatışmazlığı, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının müdafiəsinin aşağı səviyyədə olması kimi həllini gözləyən problemləri mövcuddur.
«Sığorta bazarına və konkret sığorta şirkətinə böhranın təsirini azaltmaq üçün icbari tibbi sığorta üzrə qanunvericiliyi sərtləşdirmək, həyat sığortası işini stimullaşdırmaq, sığorta şirkətlərinin bir sahədən risklərini azaltmaq üçün portfelin diversifikasiyasına nəzarəti gücləndirmək, pərakəndə sığorta məhsullarının satışı üçün fəaliyyəti gücləndirmək, xərclərin səmərəliliyinə nəzarəti artırmaq, satışların daha çox sığorta agentləri üzərindən aparılmasını motivə etmək, sığorta şirkətini seçəndə onun kapitalı və portfelinin divesifikasiyasına xüsusi diqqət vermək və biznes fəaliyyətinin maksimum sığortalanmasına çalışmaq tövsiyə olunur», - deyə hesabatda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR