Bank Of Baku

«Zamin Bank» özünün ipoteka proqramının icrasına hazırlaşır

«Zamin Bank» özünün ipoteka proqramının icrasına hazırlaşır
# 30 aprel 2009 06:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın gələcəkdə özünün ipoteka proqramının icrasına başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Əbdül Qurbanov bildirib.
Ə.Qurbanovun sözlərinə görə, hazırda bank bir sıra beynəlxalq maliyyə institutu ilə danışıqlar aparır. Bankın ipoteka portfelinin formalaşması həmin maliyyə qurumlarından cəlb ediləcək vəsait hesabına həyata keçiriləcək: «Hazırda həmin təşkilatların adlarını çəkmək istəmirəm. Çünki dünyada baş verən maliyyə böhranını nəzərə alaraq, bu, «Zamin Bank» üçün konfidensial informasiya hesab olunur. Amma onu deyə bilərəm ki, cəlb ediləcək məcmu vəsaitin 30%-i birbaşa ipoteka portfelinə yönəldiləcək».
Ə.Qurbanov qeyd edib ki, ipoteka kreditlərinin şərtləri, o cümlədən müddəti və faiz dərəcəsi bazardakı cari vəziyyətindən asılı olacaq.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 135,577 mln. manat, kredit portfeli 75,293 mln. manat, depozit portfeli 45,731 mln. manat, məcmu kapitalı 12,890 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat olub.
Bankın respublika üzrə 28 filialı, 13 şöbəsi və Rusiyada nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR