Bank Of Baku

Azərbaycan üzrə kassa mədaxili 27%, məxaric isə 5% artıb

Azərbaycan üzrə kassa mədaxili 27%, məxaric isə 5% artıb
# 30 aprel 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan üzrə bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin aprelin 1-nə 5 069 007 900 manat, məxaric hissəsi isə 4 194 815 200 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, mədaxil üzrə illik artım 27,1%, məxaric üzrə isə 5% olub.

Aprelin 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 183 700 800 manat təşkil edib. Beləliklə, cari ilin I rübündə bank kassa dövriyyəsi üzrə müsbət saldo 874 192 700 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 854 188 700 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi 2 319 355 600 manat həcmində (ümumi dövriyyəsinin 45,8%) olan xarici valyuta satışı hesabına formalaşıb. Bundan əlavə mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (673 991 900 manat, xüsusi çəkisi 13,3%) və vətəndaşların əmanətləri hesabına (441 690 200 manat və ya 8,7%) daxilolmalardır. Xarici valyuta satışından daxilolmalar ötən ilin ilk rübü ilə müqayisədə 2,2 dəfə artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 11,1%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 12,4% azalıb.

Öz növbəsində, məxaricin əsas istiqamətləri arasında 1 044 456 600 manat və ya 24,9%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) birinci yerdədir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (576 937 500 manat və ya 13,8%) və xarici valyutanın alınmasına ödənişlər (319 797 700 manat və ya 7,6%) tutur.

Qeyd edək ki, son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 6,3% azalıb, vətəndaşların əmanətləri hesabından ödənişlər 20,6% artıb. Xarici valyutanın alınmasına ödənişlər üzrə 38,1%-lik azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR