Bank Of Baku

Azərbaycanda nağd pulların rolunun artması davam edir

Azərbaycanda nağd pulların rolunun artması davam edir
# 30 aprel 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda nağd pulların (M0 aqreqatı) manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 2009-cu ilin I rübünün yekunlarına görə 69,7% təşkil edib. Bu isə 2008-ci ilin yekunları ilə müqayisədə 1,5 faiz bəndi çoxdur. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumatına görə, cari ilin aprelin 1-nə manat pul kütləsinin həcmi 4,741 mlrd. manat təşkil etdiyi halda, nağd pulların həcmi 3,304 mlrd. manata bərabər olub.
Eyni zamanda qeyd edilməlidir ki, yanvar-mart aylarında həm M2, həm M0 aqreqatlarının kəskin azalması müşahidə olunub. Belə ki, manat pul kütləsinin həcmi bu müddət ərzində 1,340 mlrd. manat və ya 22%, nağd pullar isə 841,6 mlrd. manat və ya 20,3% azalıb. Xatırladaq ki, nağd pullardan əlavə M2 aqreqatına tələb olunanadək və müddətli manat depozitləri daxildir.
Nağd pulların manat pul kütləsində xüsusi çəkisinin artması artıq son iki il davam edir, ondan əvvəl isə bu göstəricinin azalması müşahidə olunub. Nağd pulların manat pul kütləsində xüsusi çəkisinin maksimal həddi 2000-ci ildə qeydə alınıb:




Nağd vəsaitlərin pul kütləsində xüsusi çəkisinin yüksək olması ölkədə nağdsız hesablaşmaların, müxtəlif ödəmə sistemləri və vasitələrinin iqtisadiyyatda, maliyyə sahəsində və pərakəndə hesablaşmalarda az rol oynadığını əks etdirir. Qeyd edək ki, nağd pulların iqtisadiyyatda böyük rola malik olması bir sıra mənfi amillərə səbəb olur. Belə ki, bu amil maliyyə sahəsinin inkişafını ləngidir, müəyyən dərəcədə vergidən yayınma hallarına gətirib çıxarır və s.
Müqayisə üçün bildirək ki, inkişaf etmiş ölkələrdə nağd pulların pul kütləsində xüsusi çəkisi 5-10%, inkişafda olan ölkələrdə 30-40% təşkil edir. Azərbaycanda isə, göründüyü kimi, həmin göstərici 40%-lik maksimal həddən 1,75 dəfə artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR