Bank Of Baku

Azərbaycan bank sistemində məcmu kapitalın da azalması başlayıb

Azərbaycan bank sistemində məcmu kapitalın da azalması başlayıb
# 30 aprel 2009 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 2009-cu ilin aprelin 1-nə 1 557,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin aprelin əvvəlindən 448,2 mln. manat və ya 40,4%, cari ilin əvvəlindən isə 65,9 mln. manat və ya 4,4% artıb. Lakin eyni zamanda mart ayında bankların məcmu kapitalı 10,2 mln. manat və ya 0,7% azalıb.
Azalmanın kiçik olmasına baxmayaraq, diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Azərbaycan bank sistemində məcmu kapitalın azalması son zamanlar müşahidə olunmayıb. Məsələn, 2007-ci il ərzində bu göstərici 603,3 mln. manatdan 1 009,1 mln. manatadək, 2008-ci ildə isə 1 491,7 mln. manatadək artıb və həmin illər ərzində hətta aylıq azalma baş verməyib.
Bankların məcmu kapitalının azalması ilk növbədə bank təşkilatları tərəfindən öz kapitallaşma prosesinin həcmini azaltması ilə bağlıdır ki, bu da maliyyə böhranının bir nəticəsi ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR