Bank Of Baku

Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan bəzi layihələr təxirə salına bilər

Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan bəzi layihələr təxirə salına bilər
# 30 aprel 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı bəzi xərclərin ixtisara salınması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadənin sözlərinə görə, ölkə üçün böyük əhəmiyyət kəsb etməyən bir sıra layihələr nəzərdən keçirilə bilər: «Hesab edirəm ki, bu gün o qədər də vacib olmayan müəyyən layihələrin təxirə salınması mümkündür. Bəzi sahələr üzrə layihələrin icra prosesi də ləngiyə bilər».
Qeyd edək ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsində gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR