Bank Of Baku

Azərbaycanda bəzi vergi dərəcələri azaldılacaq

Azərbaycanda bəzi vergi dərəcələri azaldılacaq
# 30 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti mənfəət vergisi dərəcəsini azaltmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.
N.Əmirovun sözlərinə görə, artıq hökumətdə mənfəət vergisi üzrə faiz dərəcəsinin ən azı 2 faiz bəndi aşağı salınması məsələsi razılaşdırılıb.
«Hazırda Vergi Məcəlləsinə dəyişikliklərə baxılır. Dəyişikliklər sırasında vergi dərəcələrinin, xüsusilə də əlavə dəyər vergisinin aşağı salınması və digər tədbirlər ola bilər. May ayının 15-dək əlavə və dəyişikliklərin layihəsi parlamentə təqdim olunacaq», - deyə N.Əmirov vurğulayıb.
Dəyişikliklər parlamentdə qəbul olunandan sonra, 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda mənfəət vergisi üzrə faiz dərəcəsi 22% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR