Bank Of Baku

Azərbaycan sosial ipoteka üzrə faiz dərəcəsini azalda bilər

Azərbaycan sosial ipoteka üzrə faiz dərəcəsini azalda bilər
# 30 aprel 2009 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyasının (ABA) «İpoteka haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı hazırladığı təkliklər dövlət ipoteka kreditləşməsi, xüsusən də sosial ipoteka kreditlərinin verilmə qaydalarının yumşaldılmasını nəzərdə tutur. «APA-Economics»in məlumatına görə, bunu ABA-nın prezidenti Eldar İsmayılov bildirib.
E.İsmayılovun sözlərinə görə, mövcud qanun Azərbaycanın bu sahədə ilk təcrübəsi olub: «İpoteka ilə bağlı ilk qanun öz dövrü üçün yaxşı qanun sayılırdı. Lakin ölkədə gedən iqtisadi inkişaf, həmçinin həyatın sürətlə inkişafını nəzərə alaraq, yeni qanunun hazırlanmasına ehtiyac duyulur».
E.İsmayılov bildirib ki, hazırda yeni qanun layihəsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müzakirə edilir. AMB-nin yekun rəyindən sonra həmin sənədin Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır.
E.İsmayılovun sözlərinə görə, yeni qanun layihəsində sosial ipoteka üçün nəzərdə tutulan faiz dərəcəsinin (illik 4%) azaldılması mümkündür və hazırda bununla bağlı müzakirələr aparılır.
Qeyd edək ki, ipoteka qanunvericiliyi ilə bağlı təkliflər ABA-nın hüquqi məsələlərə dair ekspert qrupunun nəzdində yaradılan ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanıb. Təkliflərin əsasən mövcud ipoteka kreditləşməsi şərtlərinin yumşaldılmasına istiqamətləndiyi bildirilir.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR