Bank Of Baku

Asiya İnkişaf Bankı maliyyə yardımlarını artırır

Asiya İnkişaf Bankı maliyyə yardımlarını artırır
# 30 aprel 2009 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası qlobal maliyyə böhranının qarşısını almaq məqsədilə bankın kapitallaşma səviyyəsini uç dəfə artırır.
AİB-dən «APA-Economics»ə verilən məlumata görə, bankın kapitallaşma səviyyəsi hazırkı 55 mlrd. ABŞ dollarından 165 mlrd. dollara çatdırılacaq. Vəsait Asiya və Sakit okean regionu ölkələrinə uzunmüddətli kreditlər şəklində ayrılacaq. AİB-in hesablamalarına əsasən, maliyyə böhranı cari il ərzində 60 mln. nəfərə, 2010-cu ildə isə 100 mln. nəfərə zərər gətirəcək.
Qeyd edək ki, bu məsələ mayın 2-5-də Balidə (İndoneziya) keçiriləcək AİB-in 42-ci illik iclasında da müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-nın üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR