Bank Of Baku

Azərbaycanda sığortalanan əmanətlərin maksimal həddi təxminən 4 dəfə artırılacaq

Azərbaycanda sığortalanan əmanətlərin maksimal həddi təxminən 4 dəfə artırılacaq
# 30 aprel 2009 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Əmanətlərin sığortalanması haqqında» qanuna dəyişikliklər ediləcək. «APA-Economics»in məlumatına görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadənin sözlərinə görə, qüvvədə olan mövcud qanunda əmanətlərin sığortalanan həddi 8 min manat səviyyəsində nəzərdə tutulur. Dəyişikliklərlə isə sığortalanan hədd 30 min manata qədər artırılacaq.
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, əmanətlərin sığortalanmasına bu qədər yüksək məbləğ nəzərdə tutulur.
Qeyd edək ki, «Əmanətlərin sığortalanması haqqında» qanun 2007-ci ilin fevral ayında qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR