Bank Of Baku

Azərbaycan əhalisi I rübdə 238 mln. nağd avro alıb

Azərbaycan əhalisi I rübdə 238 mln. nağd avro alıb
# 30 aprel 2009 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin I rübü ərzində 252 013 900 avro məbləğində Avrozona valyutası üzrə nağd mübadilə əməliyyatları keçirilib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 68% artıb.
Nağd avro üzrə əməliyyatların strukturunda 14 243 000 avro banklar tərəfindən alış, 237 770 900 avro isə satış əməliyyatlarının payına düşür. Beləliklə, yanvar-mart ayları ərzində əhali tərəfindən nağd avronun alınması satışı 16,8 dəfə üstələyir.
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə əhalinin nağd avronun satışı 2,5 dəfə, alışı isə 64,3% artıb. Ümumilikdə, Azərbaycanda nağd avro ilə əməliyyatların həcm göstəricilərinin son illər ərzində kəskin yüksəlməsi müşahidə olunur:



* əməliyyatın istiqaməti bankların mövqeyindən göstərilib

Bununla belə, Azərbaycanda əhali tərəfindən nağd avroya olan maraq və tələbatın artmasını vurğulamaq lazımdır. Bunun əsas səbəbləri arasında həm əhali tərəfindən avronu yığım valyutası kimi istifadəsində rolunun artması, həm də sahibkarlıq fəaliyyəti, o cümlədən pərakəndə idxal zamanı avro hesablaşmalarının artmasını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR