Bank Of Baku

Azərbaycandakı bankları mənfəəti martda kəskin azalıb

Azərbaycandakı bankları mənfəəti martda kəskin azalıb
# 30 aprel 2009 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin I rübündə əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 80,88 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin I rübü ilə müqayisədə bu göstərici 42,9% artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, bu mənfəətin 80,01 mln. manatı və ya 98,9%-i yanvar-fevral aylarının payına düşüb, mart ayında bankların mənfəəti cəmi 0,87 mln. manata bərabər olub.
Birinci rübün yekunlarına görə, 24,12 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 105 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvar-mart göstəricisi ilə müqayisədə 5,79 mln. manat və ya 5,8% çoxdur. Qeyd edək ki, son bir ildə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 18,47 mln. manat və ya 43,4% azalıb. Bunu ilk növbədə ümumilikdə aktivlərin azalması və bankların aktiv əməliyyatların həyata keçirilməsi zamanı işə daha ehtiyatla yanaşması ilə əlaqələndirmək olar.
Yanvar-mart aylarında bankların faiz gəlirləri 259,43 mln. manat, faiz xərcləri 116,54 mln. manat təşkil edib, nəticədə xalis faiz mənfəəti 142,89 mln. manat olub. Bundan əlavə, bankların qeyri-faiz gəliri 69,45 mln. manat, qeyri-faiz xərcləri isə 107,17 mln. manat təşkil edib ki, bunun nəticəsində xalis qeyri-faiz zərəri 37,72 mln. manata bərabər olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin I rübü üzrə xalis faiz mənfəəti 113,89 mln. manat, qeyri-faiz zərər isə 14,75 mln. manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir. Göründüyü kimi, bu ilin ilk rübündə Azərbaycandakı bankların mənfəəti orta hesabla 1,758 mln. manat təşkil etdiyi halda, mart ayında bu göstərici cəmi 19 min manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR