Bank Of Baku

Azərbaycan yanvar-mart aylarında xarici ticarət dövriyyəsini 31% artırıb

Azərbaycan yanvar-mart aylarında xarici ticarət dövriyyəsini 31% artırıb
# 01 may 2009 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan 108 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 3,8 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 2,5 mlrd. dollarını (65,2%-ni) ölkədən ixrac olunmuş mallar, 1,3 mlrd. dollarını (34,8%) isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 1,2 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 31,3%, o cümlədən ixrac 1,6 dəfə artıb, idxal isə 2,3% azalıb.

İxrac-idxal əməliyyatlarının 45,6%-i Avropa İttifaqı, 16,5%-i MDB ölkələri, 37,9%-i isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 58,5%-i Avropa, 28%-i Asiya, 13,3%-i Amerika, 0,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb.

Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,5%-i) İtaliya, Fransa, ABŞ, Rusiya, Almaniya, İsrail, Türkiyə, Kanada, Gürcüstan, Ukrayna, Koreya, Böyük Britaniya və İndoneziya ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR