Bank Of Baku

«Zamin Bank» bu il depozit bazasını genişləndirəcək

«Zamin Bank» bu il depozit bazasını genişləndirəcək
# 01 may 2009 07:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcminin 2009-cu il ərzində sabit qalacağı gözlənilir.
Bankın İdarə Heyətinin sədr müavini Əbdül Qurbanovun «APA-Economics»ə verdiyi məlumata görə, aktivlərdən fərqli olaraq, bankın kredit və depozit portfellərində artım proqnozlaşdırılır. Belə ki, bu il ərzində kredit portfelinin 60%, depozit bazasının isə 65,6% genişlənməsi gözlənilir.
Bundan başqa, sədr müavini yaxın gələcəkdə bankın təsisçiliyi ilə lizinq şirkətinin yaradılmayacağını da bildirib. Ə.Qurbanov hazırda buna ehtiyac duyulmadığını və lizinq bazarında kifayət qədər tanınmış şirkətin fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 135,577 mln. manat, kredit portfeli 75,293 mln. manat, depozit portfeli 45,731 mln. manat, məcmu kapitalı 12,890 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat olub.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın respublika üzrə 28 filialı, 13 şöbəsi və Rusiyada «Moskva» nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR