Bank Of Baku

ABŞ-da iqtisadi geriləmə yayın sonunda başa çata bilər

ABŞ-da iqtisadi geriləmə yayın sonunda başa çata bilər
# 01 may 2009 08:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Amerika İqtisadi dövrlərin tədqiqatı İnstitutun qənaətinə görə, ABŞ-da iqtisadi geriləmə 2009-cu ilin yay aylarının sonuna kimi başa çata bilər. «APA-Economics»in məlumatına görə, iqtisadi dövrlərin proqnozlaşdırılması üzrə böyük təcrübəyə malik olan bu tədqiqat təşkilatının ekspertləri bəyan edirlər ki, hazırda bir sıra vacib makro və mikroiqtisadi indikatorlar dövrün artım istiqamətinə dönməsini sübut edir.
İnstitutun bəyanatına əsasən, geriləmənin sonu artıq görünür və iqtisadiyyatın bərpası yaxın bir neçə ay ərzində başlaya bilər. Qeyd edək ki, İnstitut tərəfindən tədqiq edilən qabaqlayıcı indikatorlar cari geriləməni əvvəlcədən bildirib. Məsələn, İnstitutun gələcək iqtisadi artımın həftəlik indeksi 2007-ci ilin iyulunda enmə istiqamətinə dönüb, rəsmi geriləmə isə həmin ilin dekabrında elan olunub.
Xatırladaq ki, son makroiqtisadi göstəricilər İnstitutun bəyanatını müəyyən dərəcədə təsdiqləyir. Belə ki, 2009-cu ilin birinci rübündə ABŞ-da ÜDM-in azalması 6,1% təşkil edib, bu da 2008-ci ilin sonuncu rübündəki azalmadan 0,2 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR