Bank Of Baku

İyunda «AtaLeasing»in Müşahidə Şurasının iclası keçiriləcək

İyunda «AtaLeasing»in Müşahidə Şurasının iclası keçiriləcək
# 01 may 2009 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun aynın 16-da «AtaLeasing» ASC-nin Müşahidə Şurasının ümumi yığıncağı keçiriləcək.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda «AtaLeasing»in 2008-ci ilin maliyyə yekunları, ötən il üzrə İdarə Heyəti və Müşahidə Şurasının hesabatı, həmçinin mühasibat balansları, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi və digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfeli 4,204 mln. manat, məcmu kapitalı 1,114 mln. manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR