Bank Of Baku

«AzSığorta» şirkəti Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışına başlayıb

«AzSığorta» şirkəti Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışına başlayıb
# 01 may 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AzSığorta» şirkəti Azərbaycanda ilk dəfə olaraq «Xaricə gedənlərin sığortası» növü üzrə sığorta polislərinin internet şəbəkəsi vasitəsi ilə satışına başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu layihə «SilverKey» şirkəti ilə birgə hazırlanıb və bunun üçün sığorta şirkətinin rəsmi veb-saytında (www.azinsurance.eu) xüsusi link (http://buy.e-insurance.az) istifadəyə verilib.
Şirkətdən bildirib ki, indi internetə çıxışı olan, «MasterCard» və «VisaCard» sahibləri istənilən vaxt online rejimdə sığorta polisləri sifariş verə bilər.
Qeyd edək ki, şirkətin bu sığorta polisi Azərbaycanda fəaliyyət göstərən bütün xarici səfirliklər tərəfindən tanınır və bu polislər 24 saat müddətinə müştəriyə çatdırılır.
Xatırladaq ki, yaxın gələcəkdə «AzSığorta» şirkəti bütün sığorta növləri üzrə polislərin online satışını təşkil etmək niyyətindədir.
«AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,92 mln. manat, ödənişləri isə 0,94 mln. manat təşkil edib. Şirkətin ölkə üzrə toplanan məcmu daxilolmalarda payı 7%, ödənişlərdə isə 9,1% təşkil edib.
«APA-Economics»in sığorta şirkətlərinin haqlar və ödənişlər üzrə hazırladığı renkinqlərdə «AzSığorta» müvafiq olaraq 6-cı və 4-cü yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR