Bank Of Baku

Melli İran Bankının Bakı filialının mənfəəti kəskin azalıb

Melli İran Bankının Bakı filialının mənfəəti kəskin azalıb
# 01 may 2009 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 29,897 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 32,4% azdır.
Bankın Bakı filialından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 1% azalaraq 4,644 mln. manat, kredit portfeli 23,3% azalaraq 5,965 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 39% azalaraq 4,376 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 5% azalaraq 11,304 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 7,2% azalaraq 733 min manat, xərcləri isə 2,5 dəfə artaraq 717 min manata çatıb. Nəticədə, bankın mənfəəti 31 dəfə azalaraq 16,39 min manat olub.
Xatırladaq ki, bu müddət ərzində bankın işçilərinin sayı 9% artaraq 25 nəfər, orta aylıq əmək haqqı isə 44,4% artaraq 650 manat təşkil edib.
Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR